Neft tankeri

Neft tankeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Dünyanın ilk neft tankeri hesab olunan və Nobel qardaşları tərəfindən Bakıdakı neft mədənlərindən çıxarılan xam neftin daşınması sifariş verilmiş Zərdüşt gəmisi.

Neft tankeri (ing. Oil tanker) - Xam neftin və ya işlənmiş neft məmulatlarının daşınmasında istifadə olunan gəmi növü. Xam neft və yeyinti məhsulları daşıyan gəmilər xarici görünüş baxımıdan bir-birlərinə oxşasalarda, daxili tərtibat və quruluş baxımlarından fərqliliklərə sahibdirlər. Dünyada ilk neft tankeri Azərbaycanda istismara verilmişdir. Belə ki, 1879-cu ildə Nobel qardaşlarının Bakıdakı neft mədənlərindən çıxarılan xam neftin daşınması üçün sifariş etdiyi Zərdüşt gəmisi dünyada istifadəyə verilmiş ilk neft tankeri hesab olunur.


Developed by StudentB